Almaniya Futbol İttifaqının (DFB) Nəzarət Komitəsi "Bavariya"nın hücumçusu Nikolas Ceksonu Bundesliqanın XXVI turunda "Bayer 04"ə qarşı keçirilən oyununda (1:1) aldığı qırmızı vərəqəyə görə iki oyunluq diskvalifikasiya edib.
"Report" xəbər verir ki, 24 yaşlı seneqallı futbolçu görüşün 41-ci dəqiqəsində rəqib komandanın vingeri Marten Terryenin topuğuna zərbə endirib.
Bu səbəbdən hakim ona birbaşa qırmızı vərəqə göstərib.
Beləliklə, Cekson Bundesliqada "Union"a qarşı martın 21-də və "Frayburq"la aprelin 4-də keçiriləcək oyunları buraxacaq.
Qeyd edək ki, o, cari mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 25 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.