İngiltərə təmsilçisi "Çelsi"nin müdafiəçisi Ris Ceyms arxa bud əzələsindən zədə alıb.
"Report" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 26 yaşlı futbolçu bazar ertəsi komandanın məşqini buraxıb və bir neçə həftə meydanlardan uzaq qalacaq. Bu, onun 2020-ci ildən bəri eyni nahiyədən aldığı artıq 10-cu zədədir.
"Çelsi" növbəti oyununu Çempionlar Liqasının 1/8 final mərhələsində Fransa təmsilçisi PSJ-yə qarşı keçirəcək. Komandalar arasında ilk oyun Paris təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Ris Ceyms "Çelsi"nin yetirməsidir. Klub bir necə gün əvvəl onunla müqavilənin müddətini 2032-ci ilə qədər uzadıb. Cari mövsüm müdafiəçi bütün turnirlərdə 36 oyunda iştirak edib, 2 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.