AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XXIV turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
"Report"un məlumatına görə, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
O, ümumilikdə 5 oyundakı mübahisəli epizodu dəyərləndirib.
Mütəxəssis hakimlərin həmin vəziyyətlər zamanı düzgün qərarlar verdiyini bildirib.
Rəhim Həsənov Premyer Liqanın XXIV turunun mübahisəli epizodlarını şərh edib
