Azərbaycan millisinin baş məşqşisi Ruy Jorjenin U-20-dəki futbolçuların müntəzəm oynaması ilə bağlı hansısa təklifi olmayıb.
"Report"un məlumatına görə, bu barədə portuqaliyalı mütəxəssis yığmaya baş məşqçi təyin olunması ilə bağlı keçirilən mətbuat konfransında deyib.
"Hazırda U-20-dəki futbolçuların müntəzəm oynaması ilə bağlı hansısa təklifim olmayıb. Bu barədə danışmamışıq. Çempionatla tanışam. Əsas milli komandaya oyunçuların səviyyəsinə, Premyer Liqadakı limitə görə oyunçu tapılmadığını deyə bilmərəm. Azərbaycan millisi Portuqaliya yığması deyil. Bunu çox yaxşı bilirəm. Amma onu deyə bilərəm ki, Portuqaliyanın U-21 yığması ilə uğur qazananda həmin komanda reytinqdə 19-cu idi. Futbolçuların keyfiyyətindən, inkişafından çox şey asılıdır", - Ruy Jorje bildirib.
O, Azərbaycanda aşağı yaş qruplarında müəyyən problemlərin olduğunu söyləyib:
"Bu yarışa əziyyətimizə görə gəlib çıxmamışıq. Meydan sahibi olacağıq. Çox yaxşı bilirəm ki, yarışdakı komandalarla səviyyə baxımından böyük fərq var. Oyunçuların formalaşmasında, aşağı yaş qruplarında problem olduğunu bilirəm. Digər komandalarla aradakı böyük fərqi azatlmağa çalışacağıq. Futbolçuların hər birinin ölkənin gələcəyi olacağını düşünürük".
Xatırladaq ki, U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.