IMG-LOGO

Sərxan Hacıyev: "U-20 millisinin baş məşqçi postuna bir neçə namizəd olub"

16 Mar 2026 14:41 2 baxış
IMG

Azərbaycanın U-20 millisinin baş məşqçi postuna bir neçə namizəd olub.

"Report"un məlumatına görə, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev mətbuat konfransında bildirib.

Milli assosiasiya rəsmisi Ruy Jorjeyə üstünlük verilməsinin səbəbini açıqlayıb:

"Portuqaliyanın U-21 millisindəki nəticələri, futbolçu kimi təcrübəsi bu məqamlarda əsas götürüldü. Hazırda baş məşqçinin qarşısına qoyulan məqsəd odur ki, komanda qrup mərhələsində uğurlu çıxış etsin, rəqiblərlə mübarizə aparsın, meydanda döyüşə bilsin. Hazırda komandanın qarşısına ancaq dünya çempionatı ilə bağlı məqsədlər qoyulub".

O, dünya çempionatının açılış və final oyununun hansı ölkədə keçirilməsi ilə bağlı müəyyən işlərin getdiyini vurğulayıb:.

"FIFA ilə sıx əlaqədəyik. Dövlət qurumları ilə də əlaqə yaradılıb. Hazırda hüquqi sənədlər üzərində iş gedir. Bakı birmənalı şəkildə mundialı qəbul edəcək şəhərlərdən biri olacaq. Digər şəhərlərlə bağlı hələlik dəqiq nəsə deyə bilmərik".

Xatırladaq ki, U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.

Xəbər lenti