Azərbaycanın futbol üzrə U-20 millisinin baş məşqçisi Ruy Jorjenin köməkçiləri müəyyənləşib.
"Report"un məlumatına görə, mütəxəssis bu barədə mətbuat konfransında məlumat verib.
O, Alexandro Silva və Romeo Almeyda ilə birgə çalışacaqlarını söyləyib.
R.Jorje uzun müddət bu məşqçilərlə işlədiyini deyib.
Xatırladaq ki, U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.