IMG-LOGO

Çempionlar Liqasında cavab oyunudur: amma qapıçı yoxdur

16 Mar 2026 12:34 2 baxış
IMG
1 0

Çempionlar Liqasının “Atalanta” ilə cavab oyunundan əvvəl “Bavariya” qapıçı problemi ilə üzləşib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, üç əsas heyət qapıçısı və U19 komandasının qapıçısı oyunda iştirak edə bilməyəcək. Bu, “Bavariya” məşqçi heyətinin planlarını çətinləşdirir. 

“Bavariya”da qapıçı kimi kimin meydana çıxacağı hələlik məlum deyil. Almaniya komandasının "Atalanta" ilə qarşılaşacağı Çempionlar Liqasının cavab oyunundan əvvəl "Bavariya " böyük bir problemlə üzləşəcək, çünki komandanın qapıçısı olmayacaq.

"Bavariya"nın "Atalanta" ilə cavab oyununda əsas heyətdə yer alan üç qapıçının, eləcə də U-19 komandasının qapıçısının iştirak edə bilməyəcəyi məlum olub. Bu, “Bavariya” komandasını oyundan əvvəl ciddi qapıçı çatışmazlığı ilə üzləşdirib.

Digər məlumata görə, "Bavariya" Çempionlar Liqasının 1/8 finalının cavab oyununda "Atalanta" ilə qarşılaşmaya 16 yaşlı qapıçı ilə çıxa bilər.

Münhen klubunun əsas qapıçısı və kapitanı Manuel Noyer baldır əzələsindəki zədədən sonra sağalır, Yonas Urbiq isə “Atalanta” ilə ilk oyunda (6:1) beyin silkələnməsi keçirib.

Bundan əlavə, Sven Ulrayh Bundesliqanın "Bayer"ə qarşı oyununda (1-1) adduktor əzələsini qoparıb.

Məlumata görə, əgər oyunçulardan heç biri martın 18-nə qədər sağalmazsa, son iki oyunda ehtiyat oyunçular arasında olan 16 yaşlı Leonard Preskot start heyətində yer ala bilər.

 

İdman xəbərləri

Xəbər lenti