IMG-LOGO

"Barselona" "Ayntraxt"ın futbolçusu Nataniel Braunu transfer etmək istəyir

16 Mar 2026 12:31 3 baxış
IMG

İspaniyanın "Barselona" klubu Almaniyanın "Ayntraxt" komandasında çıxış edən futbolçu Nataniel Braunu yay transfer dönəmində heyətinə qatmaq istəyir.

"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, hazırkı ölkə çempionu 22 yaşlı sol cinah müdafiəçisi ilə yaxından maraqlanır.

Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik həmyerlisinin komandanın oyun tərzinə uyğun olduğunu düşünür. "Barselona" yayda Braunu transfer etməyə çalışacaq.

Xatırladaq ki, Nataniel Braun cari mövsüm 34 matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti