IMG-LOGO

Azərbaycan taekvondo millisinin böyük məşqçisi: Nəticələrin lap yaxşı olmasını istəyərdik

22.02.2024 17:08 73 baxış
IMG

Nəticələrin lap yaxşı olmasını istəyərdik.

Bunu "Report"a açıqlamasında Azərbaycanın taekvondo üzrə kişilərdən ibarət millisinin böyük məşqçisi Elnur Amanov Tehranda təşkil olunmuş “Fəcr Open” və Dünya Taekvondosunun Prezidentinin Kuboku barədə danışarkən deyib.

Mütəxəssis yarışa əsasən gənc idmançılarla yollandıqlarını bildirib: "Türkiyədəki turnir barədə danışa bilmərəm. Mən İrana gedən taekvondoçularla birlikdə idim. Burada isə idmançıların əksəriyyətinin yaşı 20-dən aşağı idi. Əsas məqsəd onları yoxlamaq oldu. Həm də ilin ilk turniri idi. İdmançılar üçün təcrübə baxımından yaxşı sınaq oldu. Bir sözlə, məşqçilər korpusu bir neçə taekvondoçunu yoxladı. Bəziləri ilk dəfə böyüklərin mübarizəsində çıxış edirdi. Növbəti yarışlarda çatışmayan cəhətləri yoluna qoyacağıq".

Hələlik yalnız Qaşım Maqomedovun (58 kq) Paris-2024-ə lisenziya qazandığını xatırladan E.Amanov Milad Beiqi Harçeqani (+87 kq) və Cavad Ağayevdən (74 kq) də eyni uğuru gözlədiklərini vurğulayıb.

Qeyd edək ki, “Fəcr Open”də yığmanın heyətində Yaşar Məmmədli (68 kq) və Eltac Qafarov (80 kq) bürünc mükafata yiyələniblər. Daha əvvəl Rahid Vəliyev (54 kq) də üçüncü yeri tutub.

Prezident Kubokunda Taleh Süleymanov (87 kq) gümüş medala yiyələnib. Ələskər Əliyev (74 kq) isə turniri bürünc mükafatla bitirib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti