Bakıda avtomobil 50 yaşlı kişini vuraraq öldürüb.
"Report" xəbər verir ki, 2001-ci il təvəllüdlü Səmədli Əbil Cavid oğlu idarə etdiyi "Az Samand" markalı avtomobil ilə hərəkətdə olarkən yoldan keçən piyada, 1976-cı il təvəllüdlü Məlikov Hikmət Orucəli oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.