IMG-LOGO

Bakıda avtomobil 50 yaşlı kişini vurub, öldürdü

16 Mar 2026 09:23 3 baxış
IMG
0 0

Bakıda avtomobil 50 yaşlı kişini vuraraq öldürüb.

Lent.az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Belə ki, 25 yaşlı Əbil Səmədli idarə etdiyi “Az Samand” markalı avtomobil ilə hərəkətdə olarkən yoldan keçən piyada 50 yaşlı Hikmət Məlikovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Hadisələr 50 yaşlı piyada öldü

Xəbər lenti