IMG-LOGO

Lənkəranda avtomobil körpüdən çaya aşıb, ölən və xəsarət alan var

16 Mar 2026 02:13 3 baxış
IMG

Lənkəranda ağır yol qəzası baş verib, ölən və yaralanan var.

"Report"un Cənub bürosunun məlumatına görə hadisə Lənkəran–Boradigah yolunun Separadi kəndi ərazisində qeydə alınıb.

Belə ki, Masallı rayonunun Mahmudavar kənd sakini Sultan İlkin oğlu Hacıyev idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarındakı rabitə dirəyinə, daha sonra körpünün dəmir konstruksiyasına çırpılıb. Avtomobil təxminən 20 metr hündürlükdən çaya düşüb.

Qəza nəticəsində sürücü və sərnişin – Masallı rayonunun Mahmudavar kənd sakini, 25 yaşlı Ümid Nicat oğlu Möhübbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ətrafdakı insanların köməyi ilə onlar sudan çıxarılaraq təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Lakin Ümid Möhübbətov aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada ölüb. Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti