Azərbaycanın yunan-Roma güləşçisi Fərid Xəlilov (67 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında bürünc medal qazanıb.
Lent.az xəbər verir ki, o, bürünc medal uğrunda görüşdə macarıstanlı Petro Jitovozu 6:3 hesabı ilə məğlub edib.
Eyni zamanda Fərahim Mustafayev (72 kq) də bürünc medalın sahibi olub.
O, bürünc medal uğrunda görüşdə rumıniyalı Leonard Petru İuraşkunu 5:4 hesabı ilə üstələyib.
Qeyd edək ki, bu, Avropa çempionatında Azərbaycanın 6-cı bürünc medalı olub. Daha əvvəl sərbəst güləşçilər Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq), Fərid Sadıxlı (55 kq), həmçinin yunan-Roma güləşçisi Fərid Xəlilov (67 kq) da bürünc medal sahibi olublar.
Azərbaycan bürünc güləş