IMG-LOGO

Qubada müəllim dəm qazından boğularaq ölüb

15 Mar 2026 22:25 2 baxış
IMG

Quba rayonunda qadın dəm qazından boğularaq ölüb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonunun Xucbala kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin məktəbində müəllim işləyən 44 yaşlı Aytən Baxışova hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Onun 4 uşaq anası olduğu bildirilir.

Faktla bağla araşdırma aparılır.

Xəbər lenti