Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Almaniyanın II Bundesliqa təmsilçisi "Kayzerslautern" XXVI turda qalib gəlib.
"Report" xəbər verir ki, doğma meydanda "Karlsrue"ni qəbul edən komanda 3:0 hesablı qələbəyə sevinib.
83-cü dəqiqədə meydana çıxan Mahir Emreli 90+4-cü dəqiqəsində komandasının üçüncü qolunu vurub.
Qeyd edək ki, "Kayzerslautern" turnir cədvəlində 40 xalla yeddincidir.