Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.
"Report"un məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv İsveçrənin qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. I qrupdakı digər görüşdə Kosovo doğma meydanda İrlandiyanı sınağa çəkəcək.
Qeyd edək ki, yığma fevralın 25-də Bakıda Kosovonu qəbul edəcək.
Bizim WhatsApp kanalımıza abunə olun