IMG-LOGO

Oyunçu zədələri səbəbindən hansı Premyer Liqa komandası ən çox dəyərini itirib?

15 Mar 2026 10:21 3 baxış
IMG
0 0

CannonStats, zədələr və cəzalar səbəbindən hansı İngiltərə Premyer Liqa klubunun transfer dəyərində ən çox itki verdiyini müəyyən etmək üçün Transfermarkt və PremierInjuries (Premier Liqa oyunçularının bütün zədələrini izləyən veb sayt) məlumatlarından istifadə edib.

Lent.az xarici mətbuata istinadən bildirir ki, bu, ən asan tapmaca olardı, çünki "Tottenhem" birinci yerdədir. London təmsilçisi illərdir ardıcıl olaraq zədələrdən əziyyət çəkir və nəticədə komanda transfer dəyərində 369,5 milyon funt sterlinq itirib. Bu, 41 faiz deməkdir!

İkinci və üçüncü yerləri tutan komandalar ən böyük maliyyə itkisinə məruz qalmasalar da, nisbət baxımından digərlərindən daha çox zərər çəkiblər: "Bernli" 61 milyon avro və ya heyətin ümumi transfer dəyərinin 27 faizini, "Brentford" isə 95 milyon avro və ya 24 faizini itirib.

Tam siyahı 

İdman xəbərləri

Xəbər lenti