IMG-LOGO

Premyer Liqa: XXIV tura Qəbələdə yekun vurulacaq

15 Mar 2026 09:39 3 baxış
IMG

Misli Premyer Liqasında XXIV tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.

"Report" xəbər verir ki, əvvəlcə Yevlax şəhər stadionunda "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək.

Qərb derbisi saat 15:00-da başlayacaq.

Ardınca isə "Neftçi" səfərdə "Qəbələ"nin qonağı olacaq. Qəbələ şəhər stadionundakı bu matçın start fiti saat 18:00-da səslənəcək.

Avrokuboklara iddialı "Turan Tovuz" 44 xalla turnir cədvəlinin üçüncü sırasında qərarlaşıb. 31 xalı olan "Neftçi" yeddinci, 17 xala malik "Kəpəz" isə onuncudur. Gəncəlilərdən 1 xal az toplayan "Qəbələ" isə on birinci yerdədir.

Misli Premyer Liqası

III dövrə, XXIV tur

15 mart

15:00. "Kəpəz" – "Turan Tovuz"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Rahil Ramazanov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Yevlax şəhər stadionu

18:00. "Qəbələ" – "Neftçi"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.

VAR: Kamal Umudlu.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, daha əvvək keçirilən görüşlərdə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "İmişli"nu (5:0), "Qarabağ" "Zirə"ni (3:1) məğlub edib.

Xəbər lenti