IMG-LOGO

Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib

14 Mar 2026 21:07 4 baxış
IMG

Misli Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda reallaşan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.

"Köhlən atlar"ın heyətində 22-ci dəqiqədə Joni Montiel, 55-ci dəqiqədə Kamilo Duran, 72-ci dəqiqədə Kadi Borges fərqlənib. "Qartallar"dan Ceyhun Nuriyev 70-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran Ağdam klubu ikinci pillədə qərarlaşıb. Meydan sahibləri 39 xalla dördüncüdür.

Günün ilk görüşündə "Sabah" səfərdə "İmişli"ni beş cavabsız qolla üstələyib.

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0) məğlub edib.

Xəbər lenti