Misli Premyer Liqasında XXIV turun oyunları davam edir.
Lent.az xəbər verir ki, günün son matçı Zirədə keçirilib.
"Zirə" öz meydanında "Qarabağ"ı qəbul edib. Görüş ağdamlıların üstünlüyü ilə keçib. Matçda 4 qol vurulub. Qonaqlar 3:1 hesablı qələbəyə sevinib.
Misli Premyer Liqası XXIV tur 19:15. "Zirə" – "Qarabağ" 1:3 Qollar: Ceyhun Nuriyev, 70 - Joni Montiel, 22, Kamilo Duran, 55, Kadi Borqes, 72 Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli VAR: Nicat İsmayıllı AVAR: Emin Əliyev Hakim-inspektor: Rəhim Həsənov AFFA nümayəndəsi: Elgiz Abbasov Zirə İdman Kompleksinin stadionu
qarabağ zirə