IMG-LOGO

Raket zərbəsi futbolu dayandırdı, qələbə ev sahibinə verildi

14 Mar 2026 20:00 9 baxış
IMG
2 0

İraq çempionatında “Erbil” və “Əl-Minaa” komandaları arasında keçirilən oyun raket zərbəsi səbəbindən yarımçıq dayandırılıb.

Lent.az xəbər verir ki, oyun başa çatdırılmayıb. Nəticədə qarşılaşma dayandırılan anda tablodakı 3:2 hesabı əsas götürülüb və qələbə “Erbil” komandasına verilib.

21 oyundan sonra “Erbil” 44 xal toplayaraq turnir cədvəlində üçüncü yerdə qərarlaşıb. “Əl-Minaa” isə 22 oyunda 24 xal qazanaraq 14-cü pillədə yer alır.

İdman xəbərləri İraq çempionatı

Xəbər lenti