IMG-LOGO

“Fənərbağça”nın prezidenti baş məşqçini istefaya göndərir

14 Mar 2026 17:50 4 baxış
IMG
1 0

“Fənərbağça” klubunun prezidenti Sadettin Saran Türkiyə çempionatının 26-cı turunda “Fatih Karagümrük” ilə oyunda (0:2) komandanın çıxışından narazı qalıb.

Lent.az xəbər verir ki, qarşılaşma başa çatandan sonra klub rəhbərliyi tərəfindən təcili iclas çağırılıb və komandanın baş məşqçisi Domeniko Tedeskonun gələcəyi müzakirə olunub.

Məlumata görə, bu gün Tedesko və “Fənərbağça”nın idman direktoru Devin Özek kluba çağırılıblar. İstanbul klubunun rəhbərliyi artıq italiyalı mütəxəssisin əvəzlənməsi üçün bir neçə namizədi nəzərdən keçirir.

“Fatih Karagümrük”lə oyunda məğlubiyyətdən sonra “Fənərbağça”nın çempionatda məğlubiyyətsiz keçirdiyi 22 oyunluq rekord seriya başa çatıb.

Tedesko 2025-ci ilin sentyabrından etibarən İstanbul komandasına rəhbərlik edir.

İdman xəbərləri “Fənərbağça” Domeniko Tedesko Sadettin Saran Türkiyə çempionatı

Xəbər lenti