Bakıda yük maşınının vurduğu piyada ölüb.
Lent.az xəbər verir ki, hadisə martın 11-i Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocəsən avtomobil yolunun “Meyvəli” Ticarət Mərkəzinin qarşısından keçən hissəsində qeydə alınıb.
Paşayev Vilayət Qələndər oğlu idarə etdiyi “Mercedes Axor” markalı yük avtomobili ilə piyada 45 yaşlı Əliyev Səbuhi Vaqif oğlunu vurub. Xəstəxanaya yerləşdirilən kişi martın 13-də orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Hadisələr “Meyvəli” Ticarət Mərkəzi