"Mercedes" komandasında çıxış edən britaniyalı Corc Rassell "Formula 1" sinfində 2026-cı il mövsümünün dünya birinciliyinin ikinci mərhələsinin - Çin Qran-prisinin sprint yarışında qələbə qazanıb.
"Report" xəbər verir ki, yürüş Şanxaydakı trasda keçirilib.
Finişə ikinci olaraq "Ferrari"nin monakolu yarışçısı Şarl Lekler çatıb. Mükafatçılar üçlüyünü onun komanda yoldaşı, britaniyalı pilot Lüis Hamilton tamamlayıb.
Çin Qran-prisi proqramında sprint yürüşünün keçirilməsi nəzərdə tutulan altı çempionat mərhələsi sırasına daxildir.
Şənbə günü daha sonra iştirakçılar martın 15-nə planlaşdırılmış əsas yürüşün təsnifat mərhələsinə çıxacaqlar.