IMG-LOGO

"Sabah" və "Qarabağ" Premyer Liqada növbəti oyunlarına çıxacaq

14 Mar 2026 09:00 4 baxış
IMG

"Sabah" və "Qarabağ" komandaları Misli Premyer Liqasındakı növbəti oyunlarını bu gün keçirəcəklər.

"Report"un məlumatına görə, günün ilk matçında "Sabah" "İmişli"nin qonağı olacaq.

Quba Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma saat 15:00-da start götürəcək. Bakı təmsilçisi 56 xalla vahid liderdir. Meydan sahibləri 22 xalla 9-cu sıradadır.

Günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edəcək. Bu görüş saat 19:15-də başlayacaq. "Qartallar" 39 xalla 4-cü, rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 49 xalla ikinci sıradadır.

Misli Premyer Liqası

III dövrə, XXIV tur

14 mart

15:00. "İmişli" – "Sabah"

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov.

VAR: Əliyar Ağayev.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Kifayət Mutafayeva.

Quba Olimpiya İdman Kompleksinin stadionu

19:15. "Zirə" - "Qarabağ"

Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli.

VAR: Nicat İsmayıllı.

AVAR: Emin Əliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "

Xəbər lenti