IMG-LOGO

“Fənərbaxça”nın mövsümdə ilk məğlubiyyəti

13 Mar 2026 23:21 4 baxış
IMG
0 0

Türkiyə Super Liqasında XXVI tura start verilib.

Lent.az xəbər verir ki, ilk oyun günündə "Fənərbaxça" meydana çıxıb.

Komanda "Karagümrük"lə qarşılaşıb. Hesabı Bartu Elmas açıb. İlk yarının sonlarında Serjinyo yekun nəticəni müəyyənləşdirib - 2:0.

Bununla da, "Fənərbaxça" mövsümdə ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, "sarı-lacivərdlilər"in "Qalatasaray"la xal fərqi 7-də qalıb.

 

fənərbaxça

Xəbər lenti