IMG-LOGO

Premyer Liqa: "Araz-Naxçıvan" "Karvan-Yevlax"a qalib gəlib

13 Mar 2026 20:23 2 baxış
IMG

Misli Premyer Liqasında XXIV tura start verilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Araz-Naxçıvan" "Karvan-Yevlax"la üz-üzə gəlib.

Bakıdakı "Liv Bona Dea Arena"da reallaşan qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

37-ci dəqiqədə Hamidu Keyta, 40-ci dəqiqədə Ba-Muaka Simakala adını tabloya yazdırıb. Qonaqların heyətində isə Kayl Spens 51-ci dəqiqədə fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran "Araz-Naxçıvan" 5-ci pillədə qərarlaşıb. "Karvan-Yevlax" 8 xalla sonuncu - 12-ci sıradadır.

Günün ikinci matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edəcək.

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq.

Xəbər lenti