İngiltərənin “Mançester Siti” klubunun qapıçısı Ederson Premyer Liqa rekordunu təkrarlayıb.
“Report”un məlumatına görə, braziliyalı qolkiper “Brentford”a qarşı XVIII turdan təxirə salınan oyunda (1:0) qol buraxmayaraq, klubun tarixinə düşüb.
Bu, 30 yaşlı futbolçunun “şəhərlilər”in heyətində ölkə çempionatında qapısını toxunulmaz saxladığı 109-cu görüş olub. Ederson bunu 241-ci qarşılaşmasında reallaşdırıb. O, “Mançester Siti”nin sabiq qapıçısı Co Harta məxsus klub rekordunu təkrarlayıb. Hart 266 matçda bu göstəriciyə çatıb.
Qeyd edək ki, Ederson Moraeş 2017-ci ildən “Mançester Siti”nin formasını geyinir.
Bizim WhatsApp kanalımıza abunə olun