Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Türkiyəyə növbəti dəfə raket atılması barədə məlumat yayıb.
Lent.az xəbər verir ki, nazirlik açıqlamasında qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyib:
"Bu suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliyə birbaşa təhlükədir. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik".
İsrail-İran müharibəsi ABŞ-İran müharibəsi Türkiyəyə raket atıldı