IMG-LOGO

"Atletiko"nun yarımmüdafiəçisi Pablo Barrios məşqdə zədələnib

13 Mar 2026 15:45 2 baxış
IMG

İspaniyanın "Atletiko" klubunun futbolçusu Pablo Barrios zədələnib.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi məşq zamanı əzələ ağrısı hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib.

O, ötən ay, İspaniya Kubokunda "Betis"lə matçda da zədə almışdı.

Qeyd edək ki, Pablo Barrios cari mövsüm Madrid təmsilçisinin heyətində 21 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Atletiko" martın 14-də La Liqada "Xetafe" ilə üz-üzə gələcək.

Xəbər lenti