IMG-LOGO

Tərtərdə DOĞUŞ FACİƏSİ: ana öldü, uşaq sağ qaldı

13 Mar 2026 13:05 2 baxış
IMG
2 0

19 yaşlı pasiyent martın 12-də saat 17 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə 39–40 həftəlik hamiləlik, baş gəlişi, doğuşun I dövrü diaqnozu ilə daxil olub.

Bu barədə Lent.az-a Tərtər Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Aparılan tibbi müşahidə və nəzarət fonunda saat 18:30-da fizioloji doğuş baş verib.

Doğuşdan sonrakı dövrdə zahı qadının ümumi vəziyyətində kəskin pisləşmə qeydə alınıb. Pasiyentə dərhal mövcud klinik vəziyyətə uyğun olaraq reanimasiya və intensiv terapiya tədbirləri həyata keçirilib.

Görülən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, martın 12-də saat 21:50-də onun bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinə təhvil verilib.

Hadisənin səbəblərinin dəqiqləşdirilməsi məqsədilə müvafiq araşdırma aparılır.

Ölümün bilavasitə səbəbinin dəqiq müəyyənləşdirilməsi patoloji-anatomik müayinə (təşrih) nəticəsində məlum olacaq.

Qeyd edək ki, yenidoğulmuşun vəziyyəti qənəatbəxş olaraq qiymətləndirilir.

*** 11:47

Tərtərdə doğuş faciəsi yaşanıb. 

Lent.az xəbər verir ki, rayonun Hacıqərvənd kənd sakini, 2007-ci il təvəllüdlü Röya Zahid qızı Allahverdiyeva Rayon Mərkəzi Xəstəxanasında doğuş edərkən ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Hadisələr doğuş faciəsi ana ölümü uşaq ölümü

Xəbər lenti