IMG-LOGO

Vasif Talıbovun yaxın adamı HƏBS OLUNDU

13 Mar 2026 12:26 2 baxış
IMG
0 0

“Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri həbs olunub.

Lent.az APA-ya istinadla xəbər verir ki, MMC-nin icraçı direktoru Şakir Tarverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bununla bağlı Naxçıvan Şəhər Məhkəməsi qərar verib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Şakir Tarverdiyevlə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham elan olunub.

Qeyd edək ki, mediada “Naxçıvan Taxıl Məhsulları” MMC-nin vaxtilə Vasif Talıbovun ailəsinə məxsus olduğu bildirilən "Gəmiqaya Holdinq"lə yaxın əlaqələrinin olduğu iddia olunur.

Yayılan xəbərlərə görə, "MEST-1" və "MEST-3" MMC-lərin qanuni təmsilçisi Şakir Tarverdiyev eyni zamanda "Gəmiqaya Turizm" MMC-nin də qanuni təmsilçisidir.

Vasif Talıbov Şakir Tarverdiyev “Naxçıvan Taxıl Məhsulları” MMC

Xəbər lenti