IMG-LOGO

Füzulidə çoban atla minaya düşüb öldü

12 Mar 2026 21:00 11 baxış
IMG
0 0

Füzulidə mina hadisəsi baş verib və nəticədə atla minaya düşən çoban həyatını itirib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Aşağı Veysəlli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu mina hadisəsi nəticəsində həyatını itirib.

Hadisə yerinə cəlb edilmiş ANAMA mütəxəssisləri mərhumun meyitini götürərək aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır

mina Füzuli çoban

Xəbər lenti