IMG-LOGO

"Barselona" sabiq futbolçusu Abde Ezzalzulini geri qaytarmaq istəyir

12 Mar 2026 15:55 3 baxış
IMG

İspaniyanın "Barselona" klubu sabiq futbolçusu Abde Ezzalzulini geri qaytarmağı düşünür.

"Report" "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Betis"də çıxış edən 24 yaşlı hücumçu ilə maraqlanır.

Hazırkı ölkə çempionu mərakeşli forvardın irəli xətti gücləndirəcəyini düşünür.

"Barselona"nın yetirməsi cari mövsüm bütün yarışlarda 28 oyuna 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Abde Ezzalzulinin "Betis"lə 2029-cu ilin yayınadək müqaviləsi var.

Xəbər lenti