IMG-LOGO

Meksikalı qolkiper Luis Anxel Malaqon ağır zədə səbəbindən DÇ-2026-da oynaya bilməyəcək

12 Mar 2026 12:59 5 baxış
IMG

Meksika millisinin qapıçısı Luis Anxel Malaqon bu il keçiriləcək dünya çempionatını buraxacaq.

"Report" ESPN-ə istinadən xəbər verir ki, buna 29 yaşlı futbolçunun axilles vətərinin cırılması səbəb olub.

Ölkəsinin "Amerika" klubunda çıxış edən qolkiper KONKAKAF Çempionlar Kubokunda ABŞ-nin "Filadelfiya" kollektivi ilə görüşdə sıradan çıxıb. O, əməliyyat ediləcək və sağalma müddəti reabilitasiya prosesindən asılı olacaq.

Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Xəbər lenti