IMG-LOGO

Tyaqo Pitarç "Real"ın Çempionlar Liqası tarixində yeni rekord müəyyənləşdirib

12 Mar 2026 11:26 4 baxış
IMG

İspaniyalı futbolçu Tyaqo Pitarç İspaniyanın "Real" klubunun tarixinə düşüb.

"Report"un məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi buna İngiltərənin "Mançester Siti" komandasına qalib gəldikləri UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununda start heyətində meydana çıxmaqla nail olub.

O, qarşılaşma vaxtı 18 yaş 220 günündə olub. Bu isə onu ÇL-in pley-off mərhələsində Madrid təmsilçisi üçün ilk "11-lik"də matça başlayan ən gənc ispan futbolçu edib.

Pitarç "Kral klubu"nun əfsanəvi oyunçusu Raul Qonsalesin rekordunu qırıb. Sabiq hücumçu 1996-cı ildə 18 yaş 253 günündə "Yuventus"la görüşdə iştirak edib.

Qeyd edək ki, "Real" "Mançester Siti"ni üç cavabsız qolla üstələyib.

Xəbər lenti