İngiltərənin “Mançester Yunayted” klubunun 37 yaşlı futbolçusu Tom Haddlston debüt qolunu U-21 komandasının heyətində vurub.
“Report” xəbər verir ki, bu, “Mançester Siti”nin U-21 kollektivinə qarşı oyunda baş verib.
Əsas komandada heyətə düşə bilmədiyi üçün U-21-in oynayan-məşqçisi kimi fəaliyyət göstərən yarımmüdafiəçi “qırmızı şeytanlar”ın formasında “siftə” edib. O, 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqa-2 görüşündə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Tom Haddlston peşəkar futbolda ilk oyununu 2003-cü ildə keçirib. U-21-in hazırkı komandasında bir futbolçudan başqa digərlərinin heç biri həmin vaxt hələ anadan olmamışdı.
Bizim WhatsApp kanalımıza abunə olun