IMG-LOGO

Azərbaycanlı motosikletçi qəza törətdi, 4 yaralı var

12 Mar 2026 10:14 7 baxış
IMG
0 0

Türkiyədə azərbaycanlı motosikletçi qəza törədib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Aksaray şəhərinin Şifahane məhəlləsində baş verib.

Azərbaycanlı O.H.G. və 36 yaşlı G.Ç.-nın idarə etdiyi motosikletlər toqquşub. Zərbənin təsirindən nəqliyyat vasitələrinin sərnişinləri yola yıxılıb. Hadisə nəticəsində sürücülər və iki sərnişin olmaqla, 4 nəfər yaralanıb.

Əraziyə gələn həkimlər yaralılara ilkin yardım göstəriblər. Daha sonra onlar xəstəxanaya aparılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Hadisələr

Xəbər lenti