IMG-LOGO

Gəncədə kişinin qətli ilə bağlı cinayət işi başlanılıb, oğlu şübhəli bilinir

12 Mar 2026 09:14 4 baxış
IMG

Gəncədə yetkinlik yaşına çatmayan şəxsin törətdiyi qətllə bağlı cinayət işi başlanılıb.

Bu barədə "Report"a Gəncə şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 12-də Gəncə şəhər sakini Elçin Nağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla E.Nağıyevin yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs zərərçəkənin oğludur.

Xəbər lenti