ABŞ-İsrail-İran münaqişəsi davam edərkən İranın yeni dini lideri Müctəba Xameneiyə hücum edildiyi iddia edilir.
Lentr.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu iddiadan sonra bir İran rəsmisi bildirib ki, "Yeni dini lider Müctəba Xamenei yüngül xəsarətlər alıb, lakin vəzifələrini yerinə yetirməyə davam edir".
ABŞ, İsrail və İran arasında davam edən münaqişə 12-ci gününə qədəm qoyarkən, ABŞ mətbuatında diqqət çəkən bir iddia ortaya atılıb. Məlumata görə, İranın yeni lideri Müctəba Xameneinin ABŞ-ın İrana ilk hücumları zamanı ağır yaralandığı və ya hətta öldüyü irəli sürülüb.
Sensasiyaya səbəb olan bu iddialardan sonra İran rəsmisi “Reuters” agentliyinə bildirib ki, İranın yeni ali lideri Müctəba Xamenei hücumlarda yüngül xəsarət alıb. Xameneinin səhhətinin yaxşı olduğu və vəzifələrini yerinə yetirməyə davam etdiyi bildirilib.
ABŞ-İsrail-İran münaqişəsi Müctəba Xamenei