Azərbaycanın FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Ludoqorets” (Bolqarıstan) - “Servett” (İsveçrə) oyununun digər təyinatları müəyyənləşib.
"Report"un məlumatına görə, cavab qarşılaşmasının VAR hakimi Türkiyədən olan Alper Ulusoydur.
Onun köməkçisi həmyerlisi Abdulkadir Bitigen olacaq. Matçın hakim-inspektoru funksiyasını isə Fredi Fautrel (Fransa) yerinə yetirəcək.
Qeyd edək ki, fevralın 22-də gerçəkləşəcək oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. İsveçrədəki ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.
Bizim WhatsApp kanalımıza abunə olun