Azərbaycanda daha 2 nəfər insan alverinə görə axtarışa verilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, onlar Ağsu rayon sakini 28 yaşlı Əzizxanlı Ayşən Araz qızı və Qax rayon sakini 29 yaşlı Musayev Əbdül Ruslan oğludur.
Onların barəsində Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsilə cinayət işi açılıb.
Məlumata əsasən, Ayşən Əzizxanlı barəsində axtarış elan olunub.
Əbdül Musayev barəsində isə həbs qətimkan tədbiri seçilib və o İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışa verilib.
Hadisələr insan alveri fahişəliyə cəlb etmə