UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Slovakiyanın baş məşqçisi Françesko Kaltsona İtaliyanın "Napoli" klubunda da işləyəcək.
"Report" yerli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Neapol təmsilçisi ilə razılığa əsasən, 55 yaşlı mütəxəssis mövsümün sonuna qədər komandada çalışacaq.
Qurum baş məşqçinin yığmadakı sözləşməsini 2025-ci ilin sonunadək də uzadıb.
Kaltsona son İtaliya çempionunda Valter Madzarrini əvəzləyib.
Qeyd edək ki, Françesko Kaltsona 2022-ci ildən Slovakiya millisinin "sükanı arxasındadır".
Bizim Telegram kanalımıza abunə olun