Bakıda evində dini yığınacaqlar və mərasimlər təşkil edən cərimələnib.
Lent.az xəbər verir ki, 46 yaşlı Qəbələ rayon sakini İsfəndiyar Musayev (ad və soyad şərtidir) barədə İnzibati Xətalar Məcəlləsinin 515.0.2-cı maddəsi ilə protokol tərtib olunub.
Məlumata əsasən, İsfəndiyar evində qanunsuz dini yığınacaqlar təşkil edib. Daxil olan məlumat əsasında onun yaşadığı evdə axtarış aparılıb. Bu zaman mənzildən dərs keçmək üçün nəzərdə tutulmuş 215 ədəd dini ədəbiyyat və masalar aşkarlanıb.
Məhkəminin qərarı ilə İsfəndiyar Musayev 1500 manat cərimə edilib.
Dini mərasim Dini yığıncaq