Böyük Britaniya azərbaycanlı tələbələr və təqaüdçülər üçün əsas istiqamətlərdən biri olaraq qalır və Britaniyanın Bakıdakı diplomatik missiyasında bu faktı yüksək qiymətləndirirlər.
"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Bakıdakı səfirliyinin ikinci katibi Piçes Braun-Senyor (Peaches Brown-Senior) Azərbaycanda yaşayan Böyük Britaniya universitetlərinin məzunları Assosiasiyasının 20 illiyinə həsr olunmuş qala-gecədə bildirib.
O qeyd edib ki, Azərbaycanda dövlət təqaüdçülərinin 69%-i məhz Böyük Britaniyada təhsil almağı seçir.
"Təhsil Böyük Britaniya ilə Azərbaycan arasındakı münasibətlərin ən möhkəm sütunlarından biri olaraq qalır. Britaniya universitetlərinin Azərbaycandakı məzunları, siz ikitərəfli münasibətlərin ən yaxşı tərəflərini təcəssüm etdirirsiniz və öz sahələrinizdə lidersiniz", - Braun-Senyor bildirib.