Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kollec) ərizələrin qəbulu başa çatıb.
"Report"un məlumatına görə, fevralın 28-dən bu günə qədər 133 389 abituriyent qeydiyyatdan keçib.
Həmin abituryentlərdən 129 655-i ali məktəblər üçün ərizəsini təsdiq edib. Onlardan 120 671-i Azərbaycan bölməsi, 12 718-i isə rus bölməsi üzrə olub.
Bundan başqa, kolleclər üçün 120 377 abituriyent ərizəsini təsdiq edib. Onlardan 110 362-si Azərbaycan bölməsi, 10 015-i isə rus bölməsi üzrədir.
Bu il keçiriləcək bəzi imtahanların qrafiki ilə bu cədvəldən tanış ola bilərsiniz.