IMG-LOGO

Azərbaycan və Qazaxıstan hərbi kəşfiyyat sahəsində əməkdaşlıq haqqında saziş imzalamağa hazırlaşır

16 Feb 2024 14:14 93 baxış
IMG

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində hərbi kəşfiyyata dair əməkdaşlıq haqqında saziş layihəsini imzalamağa hazırlaşır.

“Report” bu barədə Qazaxıstan KİV-lərinə istinadən xəbər verir.

Qeyd edilib ki, Qazaxıstan hökuməti Azərbaycanla bu ölkə arasında müdafiə sahəsində hərbi kəşfiyyata dair əməkdaşlıq haqqında saziş layihəsinin təsdiq edilməsinə hazırdır.

Bu sənədin həyata keçirilməsi üçün Qazaxıstan büdcəsindən Müdafiə Nazirliyinə maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.

Bildirilib ki, bununla tərəflər bir-birinə qarşı hərbi kəşfiyyat fəaliyyəti həyata keçirməyəcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti