IMG-LOGO

İcra Hakimiyyətinin qarşısında səs-küy salan bloqqer həbs edildi

16.02.2024 12:54 103 baxış
IMG

Qazax rayonunda bloqqer həbs olunub.

Lent.az-ın məlumatına görə, bloqqerliklə məşğul olan Elnur Quliyev rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına gələrək səs-küy salıb və etiraz edib.

O, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (xırda xuliqanlıq) ittiham olunaraq məhkəməyə çıxarılıb.

Qazax rayon Məhkəməsinin qərarı ilə onun barəsində 10 günlük inzibati həbs qərarı seçilib.

Xəbər lenti