IMG-LOGO

“Qalatasaray” baş məşqçisi 17 illik arvadından boşandı

16.02.2024 09:45 101 baxış
IMG

“Qalatasaray” futbol klubunun baş məşqçisi Okan Buruk həyat yoldaşından boşanıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Okan Buruk və Nihan Akkuş Burukun ötən ay boşandığı məlum olub.

Cütlüyün Ali Yiğit adlı 15 yaşlı oğlu var.

Qeyd edək ki, Okan Buruk və Nihan Akkuş Buruk 17 ildir evli idilər.

Xatırladaq ki, 2013-cü ildə boşanmaq üçün məhkəməyə müraciət edən cütlük daha sonra evliliklərinə bir şans daha vermək qərarına gəlmişdilər.

Xəbər lenti