IMG-LOGO

Aktyoru “mavi” hesab edib döydülər

15.02.2024 20:49 128 baxış
IMG

Moskvada rusiyalı aktyor və model Andrey Pakalov xarici görünüşünə görə döyülüb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, sənətçi canavar, tülkü və qunduz dərisindən tikilmiş xəz kürkü çiyninə ataraq binanın girişində siqaret çəkməyə çıxıb. 

Pakalovun xarici görkəmini bəyənməyən bir nəfər  onun yanından keçərkən dönüb baxıb və təhqir edib. O, aktyoru LGBT fəalı hesab edərək döyməyə başlayıb.

Naməlum şəxs sənətçinin üzünə kəllə atıb və burnunu sındırıb. Pakalov klinikaya müraciət edib və ona beyin silkələnməsi, burnunun əzilməsi və ön dişlərinin sınması diaqnozu qoyulub. 

Xəbər lenti